Onlar Əlyazmalar İnstitutunda saxlanılır
   

   Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda orta əsrlərə aid Şərq əlyazmaları yığılır, sistemləşdirilir, saxlanılır və dərc olunur. Hazırda burada Azərbaycan, türk, özbək, fars və ərəb dilində 40000-ə yaxın sənəd var. Onlardan 11 000 mindən çoxu qədim əlyazma əsərləridir. Bu mətnlər bizə orta əsrlərdə azərbaycanlıların tibb, astronomiya, riyaziyyat, poeziya, fəlsəfə, hüquq, tarix və coğrafiya elmlərinin vəziyyəti barədə məlumat verir.
 
  
   Dahi şairimiz Nizami Gəncəvi tərəfindən qələmə alınan «Xəmsə» dünya durduqca yaşayacaq. Bu gün həmin əsərin tam əlyazması Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda qorunub saxlanılır. Əlyazmanın üzü 1636-cı ildə Dust Məhəmməd ibn Dərviş Məhəmməd Dərəxtiçi tərəfindən köçürülüb. Dust Məhəmməd əlyazma üzərində işini qurtardıqdan sonra “Xəmsə”nin ən qədim nümunəsini əldə edərək öz əlyazmasında qeydlər edilib. Mətn XII əsrdə geniş yayılmış nəstəliq xətti ilə yazılıb. Əlyazma çox gözəl və nəfis tərtib edilmişdir. Hər bir şeirin başlığı parlaq rənglərlə və qəşəng qızılı naxışlarla bəzədilib. Burada İsfahan məktəbinə aid miniatürlər var.
   Nizaminin “Xəmsə”sinə çəkilmiş ən ilkin miniatürlər XV əsrə təsadüf edir. Nizaminin mənzum hekayələri Şiraz və Heratdan olan rəssamlar tərəfindən bəzədilib.
   XVI əsrdə Təbriz miniatür məktəbi formalaşdı. Təbriz rəssamlarının sırasında Sultan Məhəmməd Təbrizi, Ağa Mirək, Mirzə Əli, Müzəffər Əli və Mir Seyid Əli daha çox məşhurdur.
   Əlyazmalar İnstitutu Sənainin “Həqiqət Bağı” (1625-ci ildə çəkilmişdir), Əmir Xosrov Dehləvinin “Səkkiz Behişt” (1579), Nizami Gəncəvinin “Yeddi Gözəl” (1636), Urfinin “Divan” (XVII əsr), Hafiz Şirazinin “Divan” (1584), Məktəbinin “Leyli və Məcnun” (XII əsr), Əmir Şahinin “Nuşafərin və Gövhərtac” (1829), “Divan” (1573) və Məhəmməd Füzulinin “Divan”ı (XII əsr) və s. əsərləri də daxil olmaqla miniatür ilə bəzədilmiş bir çox kitablara malikdir.
    Bu rəngarəng miniatürlərdə müxtəlif ov, musiqi dinləmə, rəqs, yemək, bağçılıq, savaş və məhəbbət səhnələri, eləcə də təbii mənzərələr, güllər, bağlar, bülbüllər, çiçəkləyən ərik ağacları öz əksini tapmışdır. Nizaminin “Xəmsə”sində olan ən məşhur miniatürlərdə Leyli və Məcnun, Xosrov və Şirinin məhəbbət hekayələri təsvir olunur.
   “Dilənçi qadın Məcnunu Leylinin yanına gətirir”, “Leyli və Məcnunun görüşməsi”, “Leyli səhrada Məcnuna baş çəkir”, “Xosrovun Şirini çimərkən görməsi”, “Xosrov və Şirinin qızın nağılına qulaq asması” miniatürləri göz oxşayır, diqqəti cəlb edir. “Ov” adlanan miniatür isə şahın böyük atlı dəstəsinin iri ov sürüsünü (ceyran, maral və vəhşi at) izləməsini göstərir.