Gəncədə XVII əsrə aid olan bu yollar haqda sovetlər dönəmində ehtiyatla danışılsa da, indi tarixi memarlıq nümunəmizi öyrənməyə heç nə mane olmur. Ancaq insanlarda məlumat yenə də azdır.
   
   Yazılı mənbələrə gorə, şəhərdəki “Bakı” kinoteatrının yerində iki əsr əvvəl Cavad xanın sarayı olub. Gəncənin yeraltı yollarına giriş də elə buradan başlayıb. Sarayın yaxınlıgında olan Çökək hamam ilə Şah Abbas məscidi arasından keçən bu yolun hər iki abidəyə girişi də olub. Yeraltı yollar əsasən doyuş zamanı hərbi strateji məqsədlər uçun istifadə olunub. Eyni zamanda, burada ərzaq və silah anbarları da yerləşdirilib.
   Gəncənin mərkəzi ilə yanaşı, yolların şəhərin ətraf istiqamətlərinə də bir neçə çıxışı olub. İndiki Gülüstan qəsəbəsindəki “Uç bulaq”dan, Lüləli kəndi istiqamətinə Şəmkirə dogru və bir də Goranboyun Nadir kəndinə. Qırmızı kərpicdən tikilən bu yollarda hətta, at arabaları belə çox asanlıqla hərəkət edib. Divarlarda müəyyən məsafədən bir məşəllər qoyulub. Ən maraqlısı isə odur ki, yeraltı yolların havalandırma sistemi çox dəqiqliklə işlənib. Ruslar Gəncəni işgal etdikdən 50 il sonra şəhərin qala divarlarını tamamilə dağıdıblar. 1863-cü ildə isə gürcü memarının layihəsi əsasında şəhərin yeni baş planı hazırlanıb. Aparılan tikintilər zamanı şəhərin yeraltı yollarının çıxışları bağlanıb. Yerdə qalan yolların bir hissəsi də sovetlər dövründə dağıdılıb.