Avqustun 19-da Şirvanşahlar Sarayı Kompleksi ərazisində XIII əsr abidəsi olan Pir Hüseyn xanəgahı tarixi-memarlıq muzeyinin təqdimat mərasimi keçirilib.
   
   Tədbirdə Hacıqabul rayonu ərazisində tapılan arxeoloji və etnoqrafik eksponatlar nümayiş etdirilib. Tarixçi alim Məşədixanım Nemətova Pir Hüseyn xanəgahının tarixi ilə bağlı iştirakçılara məlumat verib, bu gün dövlət səviyyəsində tarixi abidələrimizin bərpası istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, yazılı mənbələrdən belə məlum olur ki, görkəmli alim, Azərbaycanda elmi-fəlsəfi fikrin, İslam fəlsəfi düşüncəsinin formalaşmasında mühüm rolu olan Pir Hüseyn Şirvaninin Pirsaat çayı sahilində vəfat etməsi bu yeri daha da məşhurlaşdırıb. Onun müqəddəs məzarı üzərində sənduqə qoyulmuş, daha sonra isə türbə tikilib.
   Türbə Hacıqabul rayonu ərazisində Pirsaat çayı sahilində, qədim Bakı-Salyan ticarət karvan yolu üzərində yerləşir. Memarlıq-məkan həllinin mükəmməlliyi, funksional yükün sanbalı baxımından ölkə əhəmiyyətli abidə olan Pir Hüseyn xanəgahı Azərbaycan ərazisində olan xanəgahlar arasında yüksək mövqe tutur.
   Abidə 1939-1940-cı illərdə hərtərəfli ölçülüb tədqiq edilib, 1950-1960-cı illərdə burada bərpa işləri aparılıb. 2007-ci ildə isə Pir Hüseyn xanəgahında əsaslı təmir işləri aparılaraq abidəyə muzey statusu verilib.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar