Xilaskar Osmanlı-türk qoşunlarının - Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana qəhrəmanlıq yürüşündən, Bakının erməni işğalından azad edilməsindən 92 il ötür. Bu, iki xalqın qardaşlıq, şərəf tarixidir. Nəsillər dəyişsə də, xalqımız əziz xilaskarlarının xatirəsini heç vaxt unutmayacaq.
Onların şücaəti bayatılarda, mahnılarda tərənnüm olunub yaddaşlardan silinməyəcək, şəhid türk əsgərlərinin məzarları dostluğumuzun, qardaşlığımızın abidəsi kimi həmişə ziyarət yeri olacaq. 1915-ci ildə Türkiyə torpağında, Çanaqqalada şəhid olmuş Azərbaycan oğullarının xatirəsinə, məzarlarına da eyni sayğı göstərilir. Xalqımızın bir-birinə olan sevgisi qarşılıqlı, həm də tükənməzdir. Xalqımızın türk sərkərdələrinə rəğbəti, sevgisi isə hələ Nuru paşanın Azərbaycana gəldiyi zamandan əvvəlki illərə təsadüf edir. Bu sevgi və rəğbət analarımızın toxuduğu əlvan naxışlı xalçalarda da əksini tapıb.
Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan iki xalça barəsində danışmaq istəyirəm. Türk komandanlarına xalq məhəbbətinin təzahürü olan bu Qarabağ xalçaları haqlı olaraq hər birimizdə qürur hissi doğurur.
Üzərində hicri tarixi ilə 1136-cı il (miladi təqvimlə 1916-cı il) yazılmış süjetli xalçada Osmanlı sultanı Mehmet Rəşad, Ənvər paşa (hərbi nazir, Nuru Paşanın qardaşı), Şövkət paşa (Şövkət Sürəyya Aydəmir, mənşəcə Balkan türkü) və Osmanlının sonuncu hərbi naziri Əzəm İzzət (Yusif İzətdin) paşanın şəkilləri toxunub. Bu surətlərin hər biri ayrılıqda tarixi şəxsiyyətlərdir. Xalça üzərində onlara “cənabi möhtərəm Ənvər bəy Əfəndi, cənab Şevkət Paşa həzrətləri, cənab Yusif İzzətdin, Sultan Məhəmməd Rəşədxan Xamiz həzrətləri” kimi müraciət olunur. Digər misralar təhrif olunmuş şəkildə qeyri-dəqiq toxunub. Xalçanı toxuyan insanlar bəlkə də heç əlifbanı bilmirdilər. Nöqtələr və s. anlaşmayan bəzi detallar üzündən yazını tam oxumaq mümkün deyil. Anlaşan odur ki, bu milli qəhrəmanların şərəfinə deyilmiş beytlərdir.
Xalçanın (inv. № 9392) ölçüsü 210x125 sm-dir, xovlu toxunuşludur, ərişi və xovu yun, arğacı pambıqdandır. Onda istifadə edilmiş boyalardan qırmızı və yaşıl rənglər süni tərkibli, qəhvəyi rəng isə qoyunun öz yununun təbii rəngidir. Xalça çox orijinal üslubda toxunub. Yəqin ki, həmin süjeti toxucular xalı üzərinə hansısa bir rəsmdən, fotodan köçürüblər, ona öz peşəkarlıqları ilə yaradıcı yanaşaraq Qarabağ xalça sənətinin ruhunu, bədii xalq toxuculuq üslubunu da əlavə ediblər. Yəni kolorit, ana haşiyəni bəzəyən qızıl güllərin ardıcıl düzülüşü, çiçəklərin təsvir üslubu yerli ənənələrə olan bağlılıqdan xəbər verir. Xalça üç haşiyə zolağından ibarətdir. İlk üç bala haşiyədə yan kənar tərəflərdə “ay-ulduz” nişanı, “buta” elementləri, baş və ətəkdə əski əlifba ilə yazılar toxunub. Ana haşiyədə qızılgüllər, son kənar haşiyədə yenə də əski əlifba ilə yazılar yer alıb. Xalçanın ara sahəsində isə - obrazların bir qədər ölçü, biçim baxımından təhriflərə yol verildiyi tərzdə - yuxarıda adlarını çəkdiyimiz dörd şəxsiyyətin əksi təsvir olunub. Xalça türk tarixinin qəhrəman oğullarına həsr edilmiş, onların şərəfinə toxunmuş, ucaldılmış abidə kimi qiymətləndirilir.
Bu qəbildən toxunmuş digər bir xalça yenə də Qarabağ məktəbinə aiddir. Onun (inv. № 9471), ölçüsü 190x115 sm-dir, üzərində 1320 hicri (1902 miladi) tarixi toxunub. Kompozisiyası yuxarıda haqqında danışdığımız xalçaya çox yaxındır. Ara sahə və haşiyə zolağından ibarətdir. Ara sahənin mərkəzində yenə hərbi geyimdə və türk komandanlarının təsviri toxunub. Bu yerdə xalçada yol verilmiş bədii qüsurlar, təhriflər, ölçülərdəki qeyri-mütənasibliklə yanaşı ilk növbədə nəzərə çarpan bir detal var. Bu, xalq sevgisidir. Toxucu qadın xalçanın baş hissəsində yenə də “ay ulduz” və sonsuz məhəbbət ifadə edən “Balama qurban” sözlərini həkk edib. Bu sözlər yazı qaydasına uyğun soldan sağa deyil, sağdan sola toxunub. Obrazların təsvirində qeyri-professionallıq, təhriflər nəzərə çarpır. Lakin xalq sənətinə aid etmək istədiyim “yanlış da bir naxışdır” ifadəsini yada salmaq yerinə düşərdi. Türk ordu başçılarına həsr olunmuş həmin xalça bu günümüzə, sabahımıza və gələcək nəsillərə bir örnəkdir. Bu yerdə böyük Atatürkün sözlərini xatırlamamaq mümkün deyil: “Tarixi yazmaq, tarixi yaşatmaq qədər önəmlidir”.
Xədicə Əsədova,
sənətşünas