Naxçıvandakı Ovçular təpəsində aparılan arxeoloji qazıntılar bu yöndə maraqlı nəticələr üzə çıxarıb
   
   “Bu il Ovçular qədim yaşayış yerində qazıntılar vaxtı götürülən və İtaliyanın Salento Universitetinin laboratoriyasına təqdim edilən nümunələrin radiokarbon analizinin nəticələri göstərir ki, Kür-Araz mədəniyyəti Naxçıvan ərazisində bizim eradan əvvəl V minilliyin sonunda mövcud olub. Naxçıvanın indiki ərazisində bu mədəniyyətin yaşı 7-8 min il hesablanır. Bu isə onu göstərir ki, Naxçıvan qədim Kür-Araz mədəniyyətinin vətənidir".
   Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun Qədim arxeologiya şöbəsinin müdiri Vəli Baxşəliyev deyib. Alim vurğulayıb ki, 2006-cı ildən AMEA-nın Naxçıvan bölməsinin Fransa Beynəlxalq Tədqiqat Mərkəzi ilə birgə bu arxeoloji abidədə apardığı tədqiqatlar zamanı əhəmiyyətli nəticələr əldə olunub: "Ovçular təpəsində arxeoloji qazıntılar zamanı çoxsaylı maddi mədəniyyət nümunələri - daşdan tikilmiş qədim tikililərin qalıqları, gil, yandırılmamış kərpic, keramik və tunc məmulatlar aşkarlanıb. Bu yerdə eneolit dövrü mədəniyyətinin Kür-Araz mədəniyyəti ilə əlaqəsi əla görünür. Ən əsası isə, Ovçular təpəsində biz Kür-Araz mədəniyyətinin tarixi ilə əlaqədar yeni faktlar üzə çıxardıq”.
   Qeyd edək ki, Dağıstandan Fars körfəzinədək, Fələstindən Şərqi Anadoluyadək geniş bir coğrafiyanı əhatə edən Kür-Araz mədəniyyətinin yaranması əvvəllər dünya tarixində bizim eradan əvvəl III minillikdən hesablanırdı. V.Baxşəliyevin sözlərinə görə, Naxçıvan ərazisində bir-birinin ardınca fasiləsiz olaraq eneolit dövrünün mədəniyyəti, Kür-Araz mədəniyyəti, orta və son tunc, erkən dəmir dövrü mədəniyyətləri olub. Arxeoloji tədqiqatlar, elmi faktlar göstərir ki, ərazi bu mədəniyyətlərin mərkəzi olub və onlar buradan başqa ərazilərə yayılıb.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar