Naxçıvan şəhər mədəniyyətinin günümüzə qədər gəlib çatan mühüm tarixi abidələrindən olan Köhnəqalada əsaslı bərpa və yenidənqurma işləri ilin sonunadək başa çatdırılacaq. Ümumi ərazisi 12 min kvadratmetrdən artıq olan ərazidə 600 metr uzunluğunda qala divarının indiyədək 350 metri əsaslı şəkildə yenidən qurulub. Hazırda qədim qala divarlarında, bürclərdə, qalanın ərazisində olan kəhrizdə və qalaya gedən yolda təmir-bərpa işləri davam etdirilir.
   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi haqqında” sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən abidənin ərazisində muzey yaradılacaq.
   Qalanın tikilmə tarixi dəqiq məlum deyil. Qalanın adı elmi ədəbiyyata "Yəzdəgird" kimi düşsə də, Naxçıvanda "Köhnəqala" və "Torpaqqala" adı ilə tanınır. Köhnəqala muxtar respublika ərazisində mövcud olan qalaların ən böyüyüdür.
   







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar