Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinə yeni eksponatlar daxil olub. Mərkəzdən verilən məlumata görə, hazırda Şəki şəhərindən göndərilən eksponatların bərpası üzərində iş aparılır. 
   Şəki Tarix-Diyarşünaslıq Muzeyindən mərkəzə əsasən bədii tikmə sənətinin nümunələri - geyimlər, Xalq Tətbiqi-Sənət Muzeyindən isə arxeoloji qazıntılar zamanı əldə olunmuş əşyalar daxil olub. Mərkəzdə həmçinin Gəncə Tarix-Diyarşünaslıq Muzeyi və Abşeron Tarix-Diyarşünaslıq Muzeyindən təqdim olunan eksponatların bərpası da aparılır.
   Mərkəzə muzeylərdə qorunan əşyalarla yanaşı yeni əldə olunmuş eksponatlar da daxil olub. Qaxda aparılan arxeoloji qazıntılar zamanı muncuq və maral təsvirli amulet (göz muncuğu) tapılıb. Eramızdan əvvəl tunc dövrünə aid bu eksponatlar hazırda mərkəzdə bərpa olunur.
   
   G.Abdullayeva







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar