Britaniyanın kitab satışı ilə məşğul olan “Bookseller” jurnalının İnternet saytı “Ən qəribə və ən gülməli kitab adları” müsabiqəsinin nəticələrini açıqlayıb. 72 səhifəlik «Yunan kənd poçtalyonu və onların borc bağlama nömrələri» kitabçası son 30 ilin ən məzəli kitab adı seçilmişdir.
Xatırladaq ki, bu müsabiqə 1978-ci ildə Almaniyanın Frankfurt şəhərində darıxmağa qarşı mübarizə cəhdi kimi başlamış və həmin dövrdən sonra hər il keçirilərək böyük marağa səbəb olub.
30 il əvvəl kitab satışı məsələləri ilə məşğul olan Britaniya jurnalı “Bookseller” peşəkar əməkdaşlar arasında sorğu aparmışdır. İştirakçılar son dövrlər qarşılarına çıxan ən maraqlı və qəribə kitab adlarını deməli idilər. Bu fikir ingilisdilli ölkələrdə bəyənilmiş və müsabiqə şəklində davam etdirilmişdir. Kitabın adı təmiz şəkildə olmalıdır. Bu isə o deməkdir ki, kitabın üz qabığında şəkil olmamalıdır. Qaliblərə“Diagram”mükafatı təqdim olunur.
İlk mükafatı “Çılpaq siçanlar üzrə İkinci Beynəlxalq Konfransın materialları” kitabı almışdır. Keçən il isə ən qəribə adlı kitab “Əgər siz əlaqələrinizə son qoymaq istəyirsinizsə, ayaqlarınızdan başlamalısınız” olmuşdu. Digər namizədlər aşağıdakılar olublar:
“Atı bombadan necə qorumalı?”, “Betonun tarixindən məşhur məqamlar”, “Əhali və digər problemlər”, “İri gəmilərdən necə qorunmalı?”, “Şimali Amerikanın sahibsiz mağaza arabaları”.
Nəticədə isə müsabiqədə 72 səhifəlik yunan poçt markalarını toplamağı və onların oxunmasını təbliğ edən «Yunan kənd poçtalyonu və onların borc bağlama nömrələri» kitabçası qalib gəldi.
Təşkilatçılardan biri, “Bookseller” jurnalının redaktoru Filip Stoun qeyd etmişdir ki, kitabın müəllifi Derek Uilyamla hələ ki danışmayıb və qalib olduğunu ona bildirmək imkanı olmayıb. Stounun sözlərinə görə, mükafat pullu olmasa da, bu ad kitab satışına təsir edir və yüksək qiymətləndirilir. Builki qalib kitabın satışı da 10 dəfə artmışdır.
Sabutay