XVIII-XIX əsrlərdə Şamaxı hakimi Mustafa xanın ailə üzvləri üçün tikilmiş “Yeddi Günbəz” rayon ərazisində dövlət qeydiyyatına alınmış 71 tarixi abidədən biridir. Yonulmuş ağ daşdan tikilmiş, çatma tağlı günbəzlə örtülmüş səkkizbucaqlı yeddi abidədən günümüzədək ancaq dördü salamat qalıb.
   Bu gün “Yeddi Günbəz” Şamaxının ən qədim qəbiristanlıqlarından hesab edilir. Rayon ağsaqqallarının xahişi ilə burada namazgahın tikintisinə başlanılıb.