Daşkənddə Özbəkistanın Xarici Ölkələrlə Dostluq Cəmiyyətləri Şurasının təşəbbüsü ilə “Tasanno-2012” beynəlxalq mətbəx festival-müsabiqəsi keçirilib.
Festivalda 19 ölkənin Özbəkistandakı səfirlikləri milli yemək və şirniyyatlarını təqdim ediblər.
Açılış mərasimində diplomatik korpus adından çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov festivalın təşkilatçılarını təbrik edib. Bu günlərdə Bakıda “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” adlı beynəlxalq konfransın keçirildiyini nəzərə çatdıran diplomat belə tədbirlərin mədəni əlaqələrin güclənməsində, beynəlxalq turizm şəbəkəsinin formalaşmasında əhəmiyyətli rol oynadığını deyib. Qeyd olunub ki, zəngin mətbəx mədəniyyətinə malik olan Azərbaycan kulinariya turizmini inkişaf etdirmək əzmindədir.
Səfirliyimiz üçün ayrılmış guşədə ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi inkişafı ilə əlaqədar kitab və broşürlər, müxtəlif xalçalar, milli məişət əşyaları nümayiş etdirilib. Milli geyimli qızlar festivala gətirilən yemək və şirniyyatlarımız - plov, yarpaq dolması, dovğa, qutablar, paxlava, şəkərbura haqqında qonaqlara məlumat verib, onları bu təamları dadmağa dəvət ediblər. Festival geniş konsert proqramı ilə başa çatıb.
Azərbaycan səfirliyi festival təşkilatçılarının diplomuna və medalına layiq görülüb. Səfirliyimizə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşəkkür məktubu da verilib.