Gəncədə yeni muzey inşa edilib. Muzeydə arxeoloji qazıntılar zamanı tapılmış qədim məişət əşyaları, tarixi sənədlər, miniatürlər, əlyazmalar və digər tarixi materiallar nümayiş etdiriləcək.
   Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildiriblər ki, muzey üçün artıq əşyaların toplanmasına başlanılıb. Bunun üçün AMEA-nın Gəncə Bölməsində xüsusi otaq ayrılıb. Toplanan eksponat və qədim əşyalar hələlik bu otaqda saxlanılır. Əşyalar içərisində çıraqlar, küplər, müxtəlif saxsı qablar, mis kasalar, gildən hazırlanmış səhənglər var.