«Azər-İlmə» xalçaçılıq şirkətinin «Naxçıvan xalçaçıları» kitabı Nyu-Yorkun «Hudson Publishing» nəşriyyat evində ingilis dilində çap olunub. Professor Vidadi Muradovun müəllifi olduğu kitabın ingilis dilində nəşr olunması Azərbaycan xalçaçılığının dünyada təbliği baxımından önəm daşıyır. Nəfis tərtibatlı kitabda muxtar respublikanın 7 rayonunun 68 kəndindən 254 toxucu haqqında məlumatlar, rəngarəng ekspedisiya materialları yer alıb. Naxçıvan xalça məktəbi, ilk dəfə «Azər-İlmə» tərəfindən kompleks tədqiqatlara cəlb olunub. «Naxçıvan xalçaçıları» kitabı bu sahənin bir çox məqamlarına aydınlıq gətirir.
Fəxriyyə