Mə­həm­məd Əmin Rə­sul­za­də­nin ana­dan ol­ma­sın­dan 130 il ötür
   
   31 yan­var Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin qu­ru­cu­la­rın­dan bi­ri, 1918-ci il­də is­tiq­la­lı­mı­zı elan et­miş Azər­bay­can Mil­li Şu­ra­sı­nın səd­ri Mə­həm­məd Əmin Rə­sul­za­də­nin do­ğum gü­nü­dür.
   Mə­həm­məd Əmin Rə­sul­za­də­nin An­ka­ra­nın Əs­ri qə­bi­ris­tan­lı­ğın­da­kı mə­za­rı üzə­rin­də Azər­bay­ca­nın bay­ra­ğı dal­ğa­la­nır. Bu bay­ra­ğı 1918-ci il­də Rə­sul­za­də və si­lah­daş­la­rı Və­tən göy­lə­ri­nə ucalt­dı­lar.
   Cüm­hu­riy­yə­ti­mi­z sü­qut edən­də o, Və­tən gənc­lə­ri­nə mü­ra­ciə­tin­də de­miş­di: “Ey gənc­lik! Sə­nin öh­dən­də bö­yük bir və­zi­fə var! Sən­dən əv­vəl­ki nə­sil yox­dan bir bay­raq, mü­qəd­dəs bir ideal rəm­zi ya­rat­dı. Və onu min müş­kü­lat­la yük­səl­də­rək de­di ki, bir kə­rə yük­sə­lən bay­raq bir da­ha en­məz! Əl­bət­tə, sən onun bu ümi­di­ni qır­ma­ya­caq, bu gün par­la­ment üzə­rin­dən Azər­bay­can türk­lə­ri­nin ürək­lə­ri­nə en­miş bu bay­ra­ğı bir da­ha o bi­na üzə­ri­nə di­kə­cək, bu yol­da ya qa­zi, ya şə­hid ola­caq­san!”. Bu gün o gün­dür. Döv­lə­ti­miz üçrəngli bay­ra­ğımızın al­tın­da əmin ad­dım­lar­la yo­lu­na da­vam edir.