Uşaqlar arasında keçirilən "Eurovision-2008" müsabiqəsində Gürcustanın "Bzikebi" ("Arılar") triosu qalib gəlib. Onlar "Bzz…" mahnısına görə 154 bal yığa biliblər. İkinci yeri Ukraynanı təmsil edən Viktoriya Petrik (135 bal), üçüncü yeri isə litvalı Eqle Yurqaitite (103 bal) tutublar. Qeyd edək ki, Azərbaycan təmsilçiləri uşaqlar üçün təşkil edilən "Eurovision" müsabiqəsində iştirak etmirdilər. Uşaq müsabiqəsinin şərtlərinə görə, iştirakçılar 8 yaşdan böyük və 15 yaşdan kiçik olmalıdırlar. Mahnının mətni iştirakçının milli dilində yazılmalı və ifa edilməlidir. Müsabiqədə kommersiya məqsədilə heç bir zaman istifadə edilməyən, disk şəklində buraxılmayan mahnılar ifa olunmalıdır. Builki müsabiqə Limasolda keçirilib. Xüsusi qonaq qismində dəvət olunan "Eurovision-2008" müsabiqəsinin (böyüklər üçün) rusiyalı qalibi Dima Bilan "Believe Me" mahnısını ifa edib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar