Bugünlərdə G.Şaroyev adına 35 saylı Musiqi məktəbində əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Musiqi Akademiyasının dosenti, “Humay” mükafatı laureatı, Roma Papası II İohan Pavel xüsusi medalı ilə təltif olunmuş Azər Dadaşovla görüş keçirildi.
   Bəstəkarlarla, musiqiçilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi şagirdlərin musiqiyə, təlimə, təhsilə olan marağının artmasına səbəb olur.
   Budəfəki görüş həm də A.Dadaşovun “Fortepiano məcmuəsi” adlı yeni dərsliyinin təqdim olunması ilə yadda qaldı. 40 pyesin toplandığı bu dərslikdə mətnlər Azərbaycan və ingilis dillərində yazılıb. Bu nəşri musiqi məktəblərinin tədris proqramlarına daxil edilməli kitablardan hesab edən bəstəkar, kitaba əvvəllki illərdə yazılmış əsərlərlə yanaşı, son dövr əsərlərinin də daxil olunduğunu bildirdi: ”Bu əsərlərdən bütün siniflərdə istifadə oluna bilər. Çalışırıq ki, yeni yazılmış əsərləri də müəllim və şagirdlərə təqdim edək.
    Bu, mənim “Uşaq ili”ndə uşaqlara ərməğanım olsun”.
   Kitaba daxil olunan əsərlərdən peşəkar pianoçular M.Adıgözəlov, M.Hüseynov, Ə. Əliyeva, R. Rzayeva öz repertuarlarına daxil ediblər. Görüş zamanı bəstəkar ona ünvanlanan sualları cavablandırdı.
   “Mədəniyyət







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar