Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Yay kantilenası” adlı konsert olub.
SSRİ-nin və Azərbaycanın xalq artisti Fidan Qasımova musiqini bilən, sevən və dəyərləndirən Bakı tamaşaçıları qarşısında çıxış edib. Təbiətən ipək kimi yumşaq, zəngin səs çalarlarına malik müğənni artıq çoxdan öz ustalığını təsdiq edib. Əlbəttə, bu təsdiqin arxasında böyük zəhmət, kamilliyə yetişmək arzusu və cəhdləri durur.
Həmişə olduğu kimi, bu dəfə də F. Qasımovanın iştirakı ilə vokal musiqisi konsertinin proqramına mürəkkəb və geniş tamaşaçı kütləsinə az tanış olan əsərlər daxil edilmişdi. Gecəyə, əsasən peşəkarlar, musiqini layiqincə qiymətləndirməyi bacaran insanlar toplaşdığından Falkonyerinin, Stradellinin, Skarlattinin, Perqolezinin, Bellininin, Raxmaninovun və Məlikovun əsərləri hərarətli alqışlarla qarşılanıb. Fidan Qasımova bu dəfə də belkanto üslubuna məxsus qeyri-adi ahəngdarlıq, zəriflik və virtuozluq nümayiş etdirib. Bu zərifliyi yüksək qiymətləndirən tamaşaçılar səhnəni gül-çiçəyə qərq ediblər.
İkinci hissə süprizlə başlanıb: səhnədə quraşdırılmış ekrandan unudulmaz Müslüm Maqomayev sevimli müğənnimizin sənəti barədə xoş sözlər söyləyib. Sonra ekranda Fidan görünüb və elan edib ki, bu vokal əsərini Müslümün əziz xatirəsinə həsr edir.
“Yay kantilenası” konsertində Fidan xanımı tanınmış pianoçu, Rusiyanın xalq artisti, beynəlxalq müsabiqələr laureatı Yuri Rozumun incə zövq və böyük həvəslə müşayiət edirdi. Onun böyük ustalıqla ifa etdiyi Skarlatti, Motsart, Şopen, Raxmaninov, habelə Fərid Axund-Qasımovun fortepiano əsərləri musiqi bilicilərinə böyük zövq verdi. Konsertin sonunda Fidan xanım Xuraman Qasımova ilə birlikdə Tofiq Quliyevin sevimli mahnılarından birini ifa edib, sonra Fidan Qasımovanın ifasında Lonqasın “Fiorellino” əsəri səslənib.
Konsertdən sonra əksər tamaşaçılar bildiriblər ki, Fidan xanımın valehedici, Qara Qarayevin dediyi kimi, fleyta kimi axıcı səsi onların qəlbində uzun müddət səslənəcək.