Azərbaycan klassik musiqisinin banisi, bəstəkarlıq məktəbinin yaradıcısı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyi Yunanıstanda da qeyd ediləcək.
   Bu münasibətlə oktyabrın 1-də Afinada keçiriləcək konsertdə təkcə Azərbaycan deyil, xarici ölkə musiqiçiləri də çıxış edəcəklər.