Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Əməkdar artist Fidan Hacıyeva peşəkar vokal ifaçılarının bu yaxınlarda İtaliyada keçirilən müsabiqəsində birinci yeri tutub.
Roma Musiqi Akademiyasının təşkil etdiyi bu mötəbər musiqi yarışmasında dünyanın bir çox ölkələrindən peşəkar ifaçılar iştirak ediblər. Müsabiqənin münsiflər heyətinə dünya şöhrətli musiqiçilər və müğənnilər, tanınmış impresariolar daxil idi. Gərgin mübarizə şəraitində keçən yarışmada qalib gələn iki ifaçıdan biri Fidan Hacıyeva olub.
Müsabiqədə qalib gəlməyi F.Hacıyevanın Azərbaycanı dünyanın ən möhtəşəm səhnələrində təmsil etmək şansını daha da artırıb. Müğənni konsertlər təşkil etmək üçün artıq impresariolarla uzunmüddəli müqavilə imzalayıb.