Yanvarın 14-də görkəmli neftçi-alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, professor Xoşbəxt Yusifzadənin doğum günüdür.
   ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan neftçiləri 81 yaşı tamam olan görkəmli alimi öz ağsaqqalları bilir, onunla fəxr edirlər. Doğum günü ərəfəsində neftçilərin X.Yusifzadəyə bəslədiyi dərin ehtiramın ifadəsi olaraq buraxılmış mahnı diski də bunu bir daha təsdiq edir.
   Diskdə görkəmli neftçi-alimə həsr olunmuş “Layiqdir buna Xoşbəxt” mahnısı, onun həyat və fəaliyyətini əks etdirən sənədli videokadrlar yer alıb. Mahnının sözləri Nazim Aslanın (Vəliyev), musiqisi Rasim Müzəffərlinindir. Mahnını Xalq artisti Ağadadaş Ağayev ifa edib. Layihənin rəhbəri İlqar Əliyevdir. Diskdə həmçinin müxtəlif illərdə çəkilmiş sənədli filmlərdən istifadə olunub.