Fevralın 3-də Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında dahi bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş fortepiano musiqisi axşamı keçirildi. Azərbaycanlı pianoçu Əməkdar artist Yeganə Axundova ilə yanaşı kanadalı məşhur pianoçu, beynəlxalq müsabiqələr laureatı Nina Koqanın iştirak etdiyi gecədə Qara Qarayevin əsərləri ilə yanaşı, digər bəstəkarların da musiqiləri səsləndi.
Musiqi axşamında Dmitri Şostakoviçin «Konvertino», Qara Qarayevin «Don Kixot» simfonik qravürləri (2 piano üçün işləyəni Kövkəb Səfərəliyeva), Leonid Bern Staynın «Vestsayd əhvalatları» müziklindən fraqmentlər, Edvard Qriqin «Norveç rəqsləri» səsləndirilib.
Qeyd edək ki, Nina Koqan məşhur skripkaçı Leonid Koqanın qızıdır. Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli simalarından biri Qara Qarayevin skiripka ilə orkestr üçün yazdığı konsertin ilk ifaçısı məhz Leonid Koqan olub.
Gülər