Fevralın 21-22-də “I, Culture Orchestra” Bakıda musiqiçi seçimi keçirəcək. Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Bakı Musiqi Akademiyasında keçiriləcək müsabiqədə 1981-1993-cü il təvəllüdlü yeniyetmə musiqiçilər iştirak edə bilərlər. Qeyd edək ki, “I, Culture Orchestra” Polşanın Adam Miskeviç İnstitutunun təşəbbüsü ilə yaradılan gənclər orkestridir.
“I, Culture Orchestra” öz sıralarında Polşanın və keçmiş sovet ölkələrinin musiqiçilərini birləşdirəcək. Kollektivin “Avropa Birliyinin Gənclər Orkestri” tipində təşkili nəzərdə tutulur. Orkestrin konsertləri Polşanın Avropa Birliyinə sədrliyi dövründə (2011-ci ilin iyul-dekabr ayları) xüsusi mədəniyyət proqramı çərçivəsində təqdim ediləcək.