Azərbaycanın muğam ustaları Latviya simfonik orkestrinin müşayiəti ilə Riqada möhtəşəm konsert proqramı təqdim edəcəklər. “Azərbaycan simfomuğamı” adlı konsert proqramı mayın 29-da Latviya Dövlət Filarmoniyasında təqdim olunacaq.
Azərbaycanın Latviyadakı və bu ölkənin Azərbaycandakı səfirliklərinin, “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzi və Riqanın RST qurumunun təşkilatçılığı ilə keçiriləcək konsert proqramı özündə muğam və simfonik musiqinin vəhdətini birləşdirəcək.
28 May - Respublika Gününə həsr olunacaq konsertdə Latviya simfonik orkestrinin müşayiəti ilə “Qarabağ triosu”nun ifasında Azərbaycan muğamının və klassik xalq musiqimizin bir çox incilərinin təqdimatı nəzərdə tutulub. Konsertin dirijoru Azərbaycanın Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovdur. Trioya isə Xalq atisti, xanəndə Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) daxildirlər.
Simfonik musiqi ilə Azərbaycan muğamının sintez şəklində təqdim olunması ənənəsi bir neçə ildir davam edir və indiyədək İzmirdə, Minskdə, Kiyev və Londonda təqdim olunub. “Qarabağ triosu” isə indiyədək dünyanın 20-dən çox ölkəsində, o cümlədən Türkiyədə, İranda, Qətərdə, Almaniyada, ABŞ-da, Norveçdə çıxış edib.