Azərbaycanlı gənc istedadlar festivalın bağlanış mərasimində çıxış ediblər
   
   M.V.Lomonosov adına MDU-nun əsas binasının akt zalında “Sonsuzluq formulu” devizi altında keçirilən VIII beynəlxalq “Moskva dostları qarşılayır” festivalının təntənəli bağlanış mərasimi olub. Vladimir Spivakovun beynəlxalq xeyriyyə fondunun təşkil etdiyi festivalın yekun konsertində Azərbaycandan gənc istedadlar da iştirak edib.
   Mərasimdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu festivalın təsis edilməsinə və keçirilməsinə görə təşkilatçılara və şəxsən maestro Vladimir Spivakova təşəkkürünü bildirib. O, Azərbaycandan olan iki iştirakçının festivalda öz sənətini təqdim etməsinin əlamətdar fakt olduğunu və bununla fəxr etdiyini deyib.
   Tədbirdə istedadlı azərbaycanlı skripkaçı, 2010-cu ildə Vatikanda Roma Papasından medal almış, indiyə qədər 15 nüfuzlu festivalda iştirak etmiş Elvin Qəniyev qaraçı mahnıları ifa edib. Aygül Həsənova isə F.Listin 2 saylı rapsodiyasını Azərbaycanın milli çalğı aləti olan qanunda ifa edib. Başqa ölkələri təmsil edən gənc istedadlar da musiqi nömrələri təqdim ediblər.
   “Moskva dostları qarşılayır” layihəsi Spivakovun beynəlxalq xeyriyyə fondunun ən genişmiqyaslı layihəsidir. 2004-cü ildən bəri bu layihədə dünyanın 60 ölkəsindən 14 mindən çox istedadlı uşaq iştirak edib. Hər il məktəblilərin yay tətili ərəfəsində keçirilən bu festivalda maestro Vladimir Spivakov və “Moskva virtuozları” kamera orkestri mütəmadi olaraq iştirak edir. Orkestrin solistləri ən yaxşı gənc musiqiçilərdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar