Məşhur yunan müğənnisi Demis Russos 1946-cı il iyunun 15-də Misirin İsgəndəriyyə şəhərində anadan olub. Valideynləri Misirə Yunanıstandan köçüb gəlmişdilər. Ata və anası musiqiçi olan Demis uşaq yaşlarından musiqiyə böyük həvəs göstərir, gitara, orqan, kontrabas və digər alətlərdə sərbəst ifa edirdi. Musiqiyə olan həvəsi onu 1963-cü ildə dostları ilə birlikdə “Afroditanın uşaqları” adlı musiqi qrupu yaratmağa sövq edir. 1968-ci ildə Yunanıstanda baş verən dövlət çevrilişindən sonra qrup Fransaya gedir və burada ilk albomunu buraxır. İlk musiqi albomunun şöhrət tapmasına baxmayaraq, Demis Russos 1971-ci ildə qrupdan ayrılır və tək çıxış etməyə başlayır.
   1973-cü ilin aprelində onun “Forever end ever” adlı musiqi diski böyük populyarlıq qazanır. Burada müğənniyə dünya şöhrəti qazandıran “Goodbaye My Love Goodbaye” (Əlvida, mənim həyatım, əlvida!) mahnısı da yer almışdı. 70-ci illərin ortalarında Demis şöhrətin zirvəsinə qalxır. Avropada, Asiya və Latın Amerikası ölkələrində konsertlər verən müğənni özünə saysız-hesabsız pərəstişkar toplayır.
   1979-cu ildə müğənninin “Universum” albomu ingilis, alman, ispan və fransız dillərində çıxır və həmin dövrün ən çox satılan albomu olur.
   Sonrakı illərdə də populyarlığını saxlayan müğənni indi də müxtəlif ölkələrdə konsertlər verir və prodüserlik fəaliyyəti ilə məşğul olur.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar