“Şuşanın dağları” ansamblı Milan və Romada çıxış edib
   
   Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin və Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə Şuşa musiqi məktəblərinin bir qrup şagirdi İtaliyaya səfər ediblər. Şuşalı yeniyetmə ifaçılardan ibarət “Şuşanın dağları” xalq çalğı alətləri ansamblı iyunun 7-də Milanda, ayın 9-10-da isə Romada konsert proqramı ilə çıxış edib.
   
   Nümayəndə heyətinin rəhbəri, ictimai birliyin əlaqələndirmə şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayev bildirib ki, uşaqlar Milandan sonra Romanın “Çelimantano” sarayında konsert veriblər. Konsert proqramını italiyalı musiqiçilər, ekspertlər, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri izləyib.
   Şuşa Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov bildirib ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə hazırlanan proqrama xalq mahnıları və muğamlar, Şuşa haqqında mahnılar, klassik əsərlər daxil idi.
   Konsertdən əvvəl Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışıb, ondan ən çox qaçqın və köçkün uşaqların əziyyət çəkdiyini vurğulayıb. İtaliyanın “Dünya Gəncləri Assosiasiyası” təşkilatının katibi Marina Sessa uşaq hüquqlarının müdafiəsi problemləri və bu sahədə mövcud olan beynəlxalq hüquq normalarının tətbiqi haqqında söhbət açıb. Gənc musiqiçilərin ifasında Azərbaycan xalq musiqisi nümunələri, o cümlədən “Qarabağ şikəstəsi” böyük maraqla qarşılanıb.
   Qonaqlar konsertdən sonra Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı və münaqişənin qurbanları olmuş qaçqın-köçkünlərin həyatından bəhs edən fotosərgiyə baxıblar.
   İyunun 13-də heyət İtaliyadan Vətənə qayıdıb. 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar