İyunun 14-də Türkiyədə “Türkvision” mahnı müsabiqəsi başlanıb. Dənizli vilayətinin Pamukkale kurort şəhərində keçirilən müsabiqədə Azərbaycanı populyar müğənni Natəvan Həbibi təmsil edir. “Türkvision”da müsabiqəyə ümumilikdə 20 türkdilli respublikadan ifaçılar qatılıb. Natəvan Həbibi orada Murad Arifin “Təyyarələr” mahnısını təqdim edəcək.TRT-nin dəstəyi ilə keçirilən müsabiqə artıq üçüncü ildir ki, təşkil olunur.
   “Eurovision-2011”dəki qaliblərimiz Eldar Qasımov və Nigar Camal gecənin fəxri qonağı olacaqlar. Eldar və Nigar müsabiqədə Azərbaycan təmsilçisini dəstəkləyəcək.