İyunun 15-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Şuşa Rayon İcra Hakimiyyəti Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki mədəniyyət və istirahət parkında Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil edib.
   
   Konsertdə “Humay” qızlar ansamblı, “Şuşa”, “Şuşanın dağları” xalq çalğı alətləri ansamblları, respublikanın Xalq artisti Rauf Babayevin bədii rəhbər olduğu “Qaya” vokal-instrumental ansamblı, Şuşa rayonu, Malıbəyli kənd uşaq musiqi məktəbinin nağaraçılar qrupu, Atatürk qızıl medalı laureatı Sevil Xıdırovanın rəhbərliyi ilə Xəlfəli kəndinin aşıqlar qrupu çıxış ediblər.
   Respublikanın əməkdar artistləri Zöhrə Abdullayevanın, Anar Şuşalının, Yadigar Muradovun, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Gülağa Zeynalovun və başqalarının çıxışları alqışlarla qarşılanıb. Anar Şuşalı özünün bəstələdiyi və ulu öndərə həsr etdiyi “Səninlədir Azərbaycan” mahnısını, Murad Əbdülrəhimov Şuşa Humanitar Kollecinin direktoru Rəsul İsmayılovun döğma şəhəri vəsf edən “Şuşam mənim” mahnısını səsləndirib. Şuşalı müğənnilər “Heyratı”, “Simayi Şəms” ritmik muğamlarını, “Qarabağ şikəstəsi”ni, “Dilkeş təsnifi”ni, “Vətən bayatıları”nı, “Heydər xalq, xalq Heydər”, “Qarabağ”, “Şuşanın dağları”, “Toxunma qəlbimə” mahnılarını, “Sevgili canan” romansını, “Koroğlu” operasından Koroğlunun ariyasını şövqlə ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar