İyunun 15-də Yaşıl Teatrda tanınmış gürcü caz ifaçısı Nino Katamadzenin və “İnsight” qrupunun, habelə xor kollektivinin - “Tbilisi” ansamblının xeyriyyə konserti olub. Konserti “Buta Art Centre Culture” “Helpline” layihəsi çərçivəsində təşkil edib.
1972-ci ildə Acarıstanda doğulan, Batumi Musiqi İnstitutunun vokal fakültəsinin məzunu olan Nino Katamadze 1990-cı ildən səhnədədir. Müğənni 1994-cü ildə əlillərə yardım xeyriyyə fondu yaradıb. Onun “İnsight” qrupu ilə yaradıcılıq əməkdaşlığı 1999-cu ildən başlanıb. Musiqiçilər ABŞ, Böyük Britaniya, Rusiya və Ukraynada çıxış ediblər. 2009-cu ildə musiqiçilər Bakıda uğurla iki konsert veriblər. Nino Katamadze orijinal üslubda ifa etdiyi bir çox caz kompozisiyalarının müəllifidir.
Yaşıl Teatrdakı budəfəki konsertdən öncə Nino Katamadze Milli Qurtuluş Günü və “Eurovision-2011” müsabiqəsində möhtəşəm qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. O, “İnsight” qrupu ilə birgə yazdırdığı “Qırmızı rəng” albomundan caz kompozisiyalarını ifa edib.
Konsertdə Azərbaycan muğamı ilə gürcü polifonik musiqisinin sintezi əsasında etnik caz kompozisiyaları da böyük uğurla səslənib. Tamaşaçılar Nino Katamadzenin konsertin sonunda ifa etdiyi məşhur “Suliko” mahnısını coşqunluqla qarşılayıblar.