ABŞ-ın Missisipi ştatının “Melvin Villiyams” qrupu ABŞ Dövlət Departamentinin “Ritm Yol Proqramı”a uyğun olaraq iyunun 14-də Azərbaycana gəlib. Qospel musiqisi janrında çıxış edən, 4 nəfərdən ibarət ansamblın səfər proqramına Bakı, Kürdəmir və Xaçmaz şəhərlərində konsertlər, həmçinin Bakı Musiqi Məktəbi, Bakı Caz Mərkəzi və Xaçmazda yerləşən “Amerika guşəsi”ndə yerli musiqiçilərlə görüşlər daxildir.
   ABŞ səfirliyindən verilən məlumata görə, qospel musiqisi ənənəvi Amerika caz və blüz musiqilərinə bənzəyən yüksək enerjili, ritmik bir musiqidir. Bu musiqi mənşəyini Afrika mənşəli amerikalıların kilsələrdə ifa etdikləri dini mahnılardan götürüb. “Melvin Villiyams” qrupu qospel, caz, hip-hop musiqiləri yüksək emosiyaların qatışığı olaraq ABŞ-da, xaricdə kifayət qədər dinlənilir.
   Amerika ansamblının Azərbaycana səfəri iyunun 17-də başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar