İyunun 19-da TÜRKSOY-un təşkilatçılığı ilə ənənəvi “Opera günləri” start götürüb. “14-cü TÜRKSOY Opera Günləri" musiqi bayramı Türkiyənin Mersin, İstanbul və Şimali Kiprin Girnə şəhərlərində sənətsevərlərin görüşünə gələcək.
   
   Konsertlərin 22 iyunda Mersində, 24-26 iyun Girnədə və 28 iyunda İstanbulda təşkil olunması planlaşdırılır.
   Məşhur tatar şairi Abdullah Tukayın 125 illik yubileyinə həsr olunmuş builki tədbirlərə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Krım (Ukrayna), Xakasiya, Şimali Kipr, Başqırdıstan (Rusiya Federasiyası), Tatarıstan (Rusiya Federasiyası), Qaqauz Yerindən (Moldova) 13 sənətçi dəvət olunub.
   TÜRKSOY baş katibliyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan opera sənətini Dövlət Akademik Opera və Balet Teatrının solisti İlahə Əfəndiyeva təmsil edəcək. İlahə Əfəndiyeva 2005-ci ildən teatrın solistidir. Bir sıra beynəlxalq vokal müsabiqələri və festivalların iştirakçısı olub. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Moskvada Qalina Vişnevskaya adına Opera mərkəzində ixtisasartırma kurslarını bitirib. Üzeyir Hacıbəylinin "Koroğlu" operasında Nigar, Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, Cüzeppe Verdinin "Traviata" operasında Violetta və başqa partiyaları böyük uğurla ifa edir.
   Xatırladaq ki, “TÜRKSOY Opera Günləri” 1994-cü ildə türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısında qəbul olunmuş qərarla keçirilir. Opera günləri 2003-cü ildə fəaliyyətinə fasilə verib və 2008-ci ildən yenidən səhnələrə qayıdıb. TÜRKSOY xətti ilə hər il Türkiyədə keçirilən bu beynəlxalq festivalda türkdilli ölkələrdən opera ifaçıları iştirak edir. Tədbirdə tanınmış bəstəkarların məşhur operalarından parçalar səslənir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar