Rusiyada yaşayan azərbaycanlı biznesmen və müğənni Emin Ağalarov Bakıda Xəzər dənizi kənarında konsert verəcək. Müğənninin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, konsert iyulun 9-da Nardarandakı “Sea Breeze Resort”da olacaq.
   Həmin gün Emin Ağalarov Azərbaycanı müxtəlif illərdə “Eurovision” mahnı yarışmasında təmsil etmiş ifaçılar - Aysel Teymurzadə, Səfurə Əlizadə və bu il Azərbaycana qələbə qazandırmış Eldar Qasımov və Nigar Camalla birlikdə çıxış edəcək. O, tamaşaçılar qarşısında yeni mahnılarını da oxuyacaq. Bu konsertlə sözügedən məkanda yay mövsümü açıq elan ediləcək.
   Xatırladaq ki, Emin Ağalarov iyulun 7-də Bakıda Yaşıl Teatrda solo-konsert verəcək. Həmin konsertdə müğənni yeni klipinin də təqdimatını keçirmək niyyətindədir.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar