Gələn ilin mayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək “Eurovision -2012” mahnı yarışmasında 17 ölkənin iştirakı təsdiqlənib. Bu ölkələr Sloveniya, Almaniya, Norveç, Finlandiya, İsveçrə, Avstriya, Çexiya, Belçika, Macarıstan, Gürcüstan, Danimarka, Niderland, Slovakiya, Xorvatiya, İsveç, Estoniya və Ermənistandır. Adları sadalanan ölkələr artıq təmsilçilərinin seçim qaydalarını açıqlayıb və bununla bağlı hazırlığa başlayıblar.
57-ci “Eurovision” müsabiqəsinin yarımfinal mərhələlərinin mayın 22-24-də, finalının isə 26-da keçirilməsi nəzərdə tutulub.