TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən ənənəvi “Opera Günləri” silsiləsindən növbəti musiqi bayramı uğurla başa çatıb. Bu il 14-cü dəfə keçirilən və görkəmli tatar şairi Abdulla Tukayın anadan olmasının 125-ci ildönümünə həsr olunmuş “Opera Günləri” Türkiyənin Mersin və İstanbul şəhərlərində, habelə Şimali Kiprdə gerçəkləşib. İyunun 22-dən 28-dək davam edən konsert proqramlarında Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Krım (Ukrayna), Şimali Kipr, Başqırdıstan, Xakasiya, Tatarıstan (hər üçü Rusiya Federasiyası), Qaqauz Yerindən (Moldova) 13 sənətçi iştirak edib. Tədbirdə Azərbaycan opera sənətini Dövlət Akademik Opera və Balet Teatrının solisti İlahə Əfəndiyeva təmsil edib.
   TÜRKSOY-un baş katibi Düsen Kaseinov Şimali Kiprdə - Lefkoşa və Girne şəhərlərində konsertlərdə iştirak edib. Opera sənətçilərinə, o cümlədən Azərbaycanı təmsil edən İlahə Əfəndiyevaya Şimali Kipr hökuməti adından xatirə hədiyyələri təqdim olunub.
   XIV TÜRKSOY Opera Günlərinin yekun konserti İstanbulun Kadıköy rayonundakı Sürəyya Operasında olub. Konsertdə türk dünyasından gəlmiş müğənnilər türkdilli ölkələrin və dünya klassiklərinin əsərlərini ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar