İyulun 1-də tanınmış Azərbaycan pianoçusu Elnarə İsmayılova Almaniyanın Vuppertal (Wuppertal) şəhərindəki İncəsənət Muzeyinin Böyük zalında Azərbaycan musiqisindən ibarət repertuarla çıxış edib. Konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Musa Mirzəyev, Adil Bəbirovun musiqi inciləri alman tamaşaçılara təqdim olunub.
   Konsertin maraqlı məqamlarından biri alman müğənnisi Zilke Hartştanqın Azərbaycan dilində azərbaycanlı bəstəkarların romanslarını ifa etməsi olub.
   Üzeyir Hacıbəylinin dahi Nizaminin sözlərinə bəslədiyi “Sənsiz”, “Sevgili canan”, Tofiq Quliyevin Rəsul Rzanın sözlərinə bəstələdiyi “Yalqızam”, “Üzüyümün qaşı”, “Qurban gözünə” və s. romansları alman tamaşaçılarını o dərəcədə riqqətə gətirib ki, onlar bu ifaları ayaqüstə alqışlayıblar.
   Romanslar dinləyicilərə daha doğma gəlirdi, çünki Elnarə xanım əsərlərin qısa məzmununu əvvəlcədən alman dilinə tərcümə edirdi. Konsert Elnarə İsmayılovanın Tofiq Quliyevin “Qaytağı” rəqsinin ifası ilə başa çatıb. Əsərin ifası zamanı alman tamaşaçıların bir çoxu şux musiqi sədası altında yerlərində rəqs edirdilər.
   Konsertdən sonra İncəsənət Muzeyinin rəhbərliyi adından incəsənət doktoru Frau Simmerman Elnarə İsmayılova və Zilke Hartştanqa muzeyin tarixinə həsr edilmiş nəfis nəşrlər hədiyyə edilib.
   Konsertin təşkilatçısı, GEDOK ziyalılar qurumunun rəhbərləri xanım Şröder və xanım Miller ifaçılara, Azərbaycan xalqına, Almaniyadakı Azərbaycan səfirliyinə, alman xalqı adından təşəkkür ediblər.
   
   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar