İyulun 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun növbəti tədbiri keçirildi. Maestro Niyazinin mənzil-muzeyində keçirilən tədbir bard-ifaçılar Elxan Çələbi və Samir Rəcəbovun yaradıcılığına həsr olunmuşdu.
   Tədbirdə öncə muzeyin şöbə müdiri Fazilə Nəbiyeva çıxış edərək ifaçılar haqqında məlumat verdi. Bildirdi ki, E.Çələbi 14 yaşından mahnı yazmağa başlayaraq, özündə bu qabiliyyəti inkişaf etdirib. 1995-ci ildə isə S.Rəcəbovla konsertlər verməyə başlayıb. Onun repertuarına Azərbaycan və rus dillərində mahnılar daxildir.
   S.Rəcəbov isə 1986-cı ildən gitarada ifa edir. Repertuarına Azərbaycan və digər xalqların bəstəkarlarının əsərləri daxildir.
   Daha sonra musiqiçilər ifaya başladılar. Onların gitaranın müşayiəti ilə ifa etdiyi mahnılar maraqla qarşılandı. Elxan Çələbi və Samir Rəcəbov Azərbaycan və rus dillərində müəllif mahnılarından ibarət konsert proqramı təqdim etdilər. Konsertin proqramına Azərbaycan xalq mahnılarının işləmələri və ispan mahnıları daxil edilmişdi. E.Çələbi 14 yaşında yazdığı «Dalğalar» mahnısını ifa etdi. Konsert boyu ifa etdikləri hər mahnının yaranma tarixi və yarama şəraitindən danışan bardlar vətənpərvər mahnılarını, həmçinin «Sarı gəlin»i bardsevənlər üçün ifa etdilər.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar