Tanınmış azərbaycanlı pianoçu Emil Əfrasiyaboğlu (Məmmədov) ölkəmizi İsveçrədə məşhur “Montreux Jazz Festival-2011” beynəlxalq musiqi müsabiqəsində təmsil edir. Pianoçumuz müsabiqənin iyulun 6-da keçirilən yarımfinalında finala vəsiqə qazanıb. Hazırda E.Əfrasiyaboğlu finala hazırlaşır.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli tələbəsi Emilin istedadına güvəndiyini bildirib. Ancaq o, Azərbaycan ötən il bu müsabiqədə birinci yeri qazandığı üçün Təşkilat Komitəsinin və münsiflər heyətinin bu il birinciliyi başqa ölkəyə verəcəyini düşünür: “Emilin istedadına söz ola bilməz. Lakin ötən il Azərbaycana birinci yer verilib. Fikrimcə, bu, bir az təşkilatçıları düşündürəcək. Bu cür müsabiqələrdə iki il dalbadal eyni ölkənin qələbəsi çox az hallarda baş verir. Hər halda Emil bizim üçün həmişə birincidir. Arzu edərdim ki, bu dəfə Təşkilat Komitəsi fərqli düşünsün”.
Qeyd edək ki, iyulun 1-də başlayan festival iyulun 16-dək davam edəcək. Bu, Azərbaycanın müsabiqədə üçüncü təmsilçiliyidir. Şahin Növrəsli festivalın ikincisi, İsfar Sarabski isə birincisi olub.