Azərbaycan Dövlət Opera Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, respublikanın Əməkdar artisti Fidan Hacıyeva bü günlərdə İtaliyadan qayıdıb.
   Dünya opera sənətinin beşiyi sayılan bu ölkənin Montefiore şəhərindəki Teatro Malatestanın səhnəsində iyunun 24-25-də Cakoma Puççininin «Suor Anjelika» operasının premyerası olub. Tanınmış rejissor Renato Boitonun quruluş verdiyi tamaşada Fidan Hacıyeva Şahzadə qız rolunda çıxış edib.
   Azərbaycanın opera ulduzunun vokal ustalığını mütəxəssislər və səhnələrində ən müqtədir sənətkarları görməyə adət edən tamaşaçılar da yüksək qiymətləndirib.
   Tamaşadan sonra Fidan xanıma tanınmış impresariolar tərəfindən digər opera tamaşalarında oxumaq, o cümlədən İtaliya teatrlarında çıxış etmək təklifləri olunub. Tamaşanın quruluşçu rejissoru Renato Bonito Azərbaycan müğənnisi ilə əməkdaşlığı məmnuniyyətlə davam etdirmək arzusunu da gizlətməyib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar