“Eurovision 2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Türkiyənin Zonquldak vilayətindəki Ereyli rayonunda keçirilən Beynəlxalq sevgi, sülh, dostluq, mədəniyyət və sənət festivalında iştirak ediblər.
   Eldar Qasımov və Nigar Camalın əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə ifa etdikləri ""Running Scared"" mahnısı salona toplaşan minlərlə sənətsevər tərəfindən alqışlarla müşayiət olunub. “Eurovision” qalibləri Türkiyəni çox sevdiklərini və türk müğənniləri ilə duet oxuyacaqlarını bildiriblər.
   Mükafatı təqdim edən Ereyli bələdiyəsinin sədri Xəlil Posbıyık deyib ki, “bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanın musiqisevərləri qardaş ölkənin qələbəsini öz qələbəsi kimi qəbul edirlər.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar