Azərbaycanın Xalq artisti, professor, tarzən Möhlət Müslümov Ərdəbildə səfərdə olub. Tarzən bildirib ki, səfərinin məqsədi ərdəbilli heykəltəraş və xanəndə Vədud Müəzzin 50 illik yubiley tədbirində iştirak etmək olub. Tarzən mərasimdə “Segah” muğamını solo ifa edib. Şeyx Səfi türbəsində keçirilən tədbirdə yubilyar Möhlət Müslümovun müşayiəti ilə “Rast” muğamını səsləndirib. Yubiley konsertində Xalq artistinin oğlu, tarzən Rüstəm Müslümov da çıxış edib.
   Tarzən bildirib ki, səfər zamanı ona Vədud Müəzzinlə birgə Ərdəbil və Təbrizdə solo-konsertlərinin təşkili təklif olunub. Konsertlər sentyabrın əvvəlinə planlaşdırılır. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar