İtaliyanın paytaxtı Romada keçiriləcək “Festa de noantre” milli festivalında Azərbaycan da təmsil olunacaq. Festivalda Dövlət Uşaq Filarmoniyasının solisti Emin Eminzadə iştirak edəcək. Azərbaycan vokalçısı festivalda “Osolemio” və “Camayka” mahnılarını ifa edəcək. İyulun 13-16-da keçiriləcək festival çərçivəsində E. Eminzadə İtaliyanın musiqiçiləri ilə görüşəcək, o cümlədən məşhur vokal ifaçısı Robertino Lorettinin qonağı olacaq.
   Qeyd edək ki, Robertino Lorettinin bu il fevralın 13-də Bakıda keçirdiyi konsertdə Emin Eminzadə italiyalı müğənninin repertuarından məşhur “Camayka” mahnısını ifa etmişdi. E.Eminzadənin İtaliyada keçirilən bu festivala dəvət almasının təşəbbüskarlarından biri də Robertino Loretti olub.
   Yeniyetmə ifaçı Milli Konservatoriyanın dosenti Məryəm Babayevanın tələbəsidir. Gənc ifaçı Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin Musiqi Məktəbində təhsil alır. Eyni zamanda Dövlət Uşaq Filarmoniyasının solistidir.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar