İyulun 16-da Almaniyada keçiriləcək “Schleswig-Holstein” beynəlxalq musiqi festivalı çərçivəsində “Xəyyam” kantatasının premyerası olacaq. Kantata məşhur türkiyəli pianoçu, bəstəkar Fazil Sayının klarnet üçün yazılmış yeni əsəridir.
Ömər Xəyyamın həyatından və qəzəllərindən qidalanan Fazil Sayın yeni əsərində şairin həyatını musiqidə əks etdirib. Premyerada əsəri Bilkənt Simfonik Orkestrinin müşayiəti ilə dünya şöhrətli klarnet ifaçısı Sabine Mayerin səsləndirəcək.