Azərbaycanın zəngin mədəniyyəti var və onu dünyada tanıtmaq çox vacibdir.
Bu sözləri Ramatuel şəhərinin meri Rolan Bruno “Azərbaycanın mədəni zənginlikləri” sərgisinin açılışında deyib. Mer bildirib ki, Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın misilsiz xidmətləri sayəsində bu ölkəyə daha yaxından bələd olub və onun mədəniyyətini sevib.
Mer Heydər Əliyev Fondunun dəstək verdiyi festivalın Azərbaycan musiqisinin təbliği baxımından əhəmiyyətini qeyd edib: “Biz hamımız yaxşı bilirik ki, Şərqdə ilk opera məhz Azərbaycanda yaranıb. 2011-ci ildə isə Azərbaycan “Eurovision” mahnı müsabiqəsinin qalibi olub. Bütün bunlar Azərbaycan mədəniyyətinin zənginliyindən xəbər verir”.