Gələn ay isə sənətçilər Göyçay və Zərdab rayonlarına səfər edəcəkər
  
   “Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Polşada çıxış ediblər. Sənətçilər Polşada keçirilən “Hity na czasie 2011 İnowroclaw” konsert şousunda Azərbaycana qələbə qazandıran “Running Scared” mahnısını ifa ediblər.
  
   Eldar və Nigarın çıxışı 100 minlik auditoriya qarşısında reallaşıb. Eldar Qasımov konsertin çoxsaylı insanlar tərəfindən izlənməsindən çox məmnun olduğunu “Mən heç zaman bunu unutmayacağam, Polşa!” sözləri ilə ifadə edib.
   ***
   “Eurovision-2011” mahnı müsabiqəsində ölkəmizə birincilik qazandırmış Eldar Qasımov və Nigar Camal avqust ayında Göyçay və Zərdab rayonlarına gedəcəklər.
   Müğənnilərin prodüseri İsa Məlikov bildirib ki, səfərin məqsədi bu rayonlarda “Eurovision-2011”də qələbə qazandığımız gündə anadan olmuş və qaliblərin şərəfinə Eldar və Nigar adı verilən yeni doğulmuş körpələrin ailələrinə baş çəkməkdir.
   Qeyd edək ki, “Eurovision-2011” mahnı yarışmasında birincilik əldə edilən gün, yəni mayın 15-də möhtəşəm qələbə münasibəti ilə Göyçayda və Zərdabda yeni doğulan körpələrə Eldar və Nigar adları qoyulub.
   Göyçay rayonunun Qarabaqqal kənd sakinləri Əliyev Tərlan və Əliyeva Cəmalənin qız övladlarına Nigar, Zərdab şəhər sakinləri Hüseynov Ruslan və Hüseynova Reyhanın oğlan paylarına isə Eldar adı verilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar