Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə III Beynəlxalq musiqi festivalı başlanıb. Festival çərçivəsində pianoçuların II Beynəlxalq müsabiqəsi keçirilir.
  
   “Qafqaz Resorte” hotelində keçirilən müsabiqəyə 9 ölkədən 15 pianoçu qatılıb. İyulun 15-18-də müsabiqənin birinci və ikinci turları gerçəkləşib və üçüncü mərhələyə - final turuna 7 pianoçu vəsiqə qazanıb. Onlar Andrey Yaroşinski (Rusiya), Nərgiz Kəngərli (Azərbaycan), Mizuho Nakada (Yaponiya), Ketevan Cakarataşvili, Aleksandr Vaşadze, Anna Kipiani (Gürcüstan) və Aleksandr Samoylovdur (Ukrayna).
   İyulun 21-də müsabiqənin final turu başlanıb. Finalçıların çıxışlarını amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Cilliard Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti qiymətləndirir. Final turuna bu gün yekun vurulacaq və qaliblər elan olunacaq.
   Pianoçuların müsabiqəsi başa çatdıqdan sonra Qəbələ III Beynəlxalq musiqi festivalının konsert proqramları başlayacaq. Festival isə 2 hissədən ibarətdir. İyulun 23-dən 30-dək Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri həm yerli, həm də əcnəbi ifaçılarla çıxışlar edəcək. İyulun 30-da festivalın rəsmi açılışı olacaq. İyulun 30-dan avqustun 5-dək isə konsert proqramları məşhur musiqiçi Yuri Başmetin rəhbərlik etdiyi “Yeni Rusiya” Dövlət Simfonik Orkestri tərəfindən təqdim olunacaq. Festival çərçivəsində gənc pianoçular üçün ustad dərsləri də nəzərdə tutulub. Bundan əlavə, festivalın Ağdaş və Şəkidə iki səyyar konserti keçiriləcək.
   ***
   Qəbələdə keçirilən pianoçuların II Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin üzvləri iyulun 19-da Şəki şəhərinə səfər ediblər. Münsiflər heyətində təmsil olunan dünyanın tanınmış musiqiçiləri Serjio Pertikaroli (İtaliya), Xoakin Soriano (İspaniya), Manana Doijaşvili (Gürcüstan), Validə Suk (Azərbaycan-ABŞ), Oqtay Abasquliyev (Azərbaycan), Oksana Yablonskaya (ABŞ), Stin Nokleberq (Norveç), Mirtala Salazar (Meksika), Yu Su Hyun (Koreya Respublikası), Jeremi Sipman (ABŞ-İngiltərə), Leonid Rozenberq (İsrail), Bet Lina Jacqueline Tang (Çin-ABŞ) Şəki şəhərinə birgünlük səfər zamanı oradakı tarixi-mədəniyyət abidələri, mənzərəli yerlərlə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar