“Slavyan bazarı” festivalının laureatı Yasin Həsənov gələcək sənət arzularından danışıb  

   Xəbər verdiyimiz kimi, Belarusun Vitebsk şəhərində keçirilən ənənəvi “Slavyan bazarı” Beynəlxalq uşaq yaradıcılığı festivalında ölkəmizi ilk dəfə təmsil edən 11 yaşlı vokalçı Yasin Həsənov uğurla çıxış edərək ikinci yeri tutub.
   Bakıdakı Tofiq Quliyev adına 12 saylı onbirillik musiqi məktəbinin vokal ixtisası üzrə şagirdi Yasin Həsənov iyulun 25-də jurnalistlərlə görüşündə festivalla bağlı təəssüratlarını bölüşüb.
   Musiqi məktəbinin direktoru Gülnarə Səfərova Yasin Həsənovun uğurları ilə fəxr etdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna, Rusiya və Belarusun təsisçiliyi ilə keçirilən ən nüfuzlu musiqi müsabiqələrindən olan “Slavyan bazarı” Beynəlxalq uşaq yaradıcılığı festivalında bu ölkələrin hər birindən iki ifaçı, digər 23 ölkənin isə hər birindən 1 təmsilçi iştirak edib.
   Festivalda “Centlmen” təxəllüsü ilə çıxış edən balaca vokalçımız 29 ifaçı arasında ikinci nəticə göstərib. Yasin Həsənov festivalın xüsusi mükafatı və diplomu ilə təltif olunub. G. Səfərova deyib ki, Yasin indiyədək bir neçə beynəlxalq müsabiqəyə qatılıb, mükafatlar qazanıb.
   Öz növbəsində Yasin Həsənov üzərində əməyi olan müəllimlərinə, valideynlərinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. Yasin ən böyük arzusunun “Junior Eurovision” beynəlxalq mahnı müsabiqəsində iştirak etmək olduğunu vurğulayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar