Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəallarından ibarət nümayəndə heyəti iyulun 18-dən 23-dək Şimali Kipr Türk Respublikasının Müstəqillik Gününə həsr edilmiş tədbirlərdə iştirak edib.
  
   Nümayəndə heyətinin tərkibinə daxil olan 4 nəfərdən ibarət rəqs qrupu, muğam üçlüyü və vokalçı bayram konsertində çıxış ediblər.
   Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi şənlikdə musiqiçilərimizin Azərbaycan bayrağı altında, milli geyimlərdə çıxışları böyük rəğbətlə qarşılanıb. Konsertdə Azərbaycan təmsilçiləri “Sarı gəlin” və “Mehriban olaq” xalq mahnılarını oxuyublar.
   Nümayəndə heyəti səfər çərçivəsində ölkənin mədəniyyət, turizm və ətraf mühit naziri Ünal Üstellə də görüş keçirib. Görüşdə Azərbaycan mədəniyyətindən, türk dövlətləri ilə mədəni əlaqələrdən danışılıb. Nazir azərbaycanlı gənclərə xatirə hədiyyəsi təqdim edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar