İyulun 19-dan 24-dək Gürcüstanın Batumi şəhərində “Black Sea Jazz” Beynəlxalq festivalı keçirilib.
Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan festivala 11 ölkədən 150-dək musiqiçi qatılıb. Bu nüfuzlu musiqi yarışmasında Azərbaycanı gənc müğənni Ülviyyə Rəhimova təmsil edib.
Səhnəyə məşhur gürcü “Jazz Factory” qrupu ilə çıxan Ü.Rəhimovanın ifası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Ülviyyə Rəhimova ölkəmizi bu ilin iyununda Tbilisidə keçirilmiş “Kavkaz Jazz-2011” festivalında müvəffəqiyyətlə təmsil edib.