Ölkəmizin beynəlxalq nüfuzunun formalaşmasında mədəniyyət mühüm rol oynayır. Bu baxımdan paytaxtdan kənarda, kurort zonasında belə möhtəşəm musiqi festivalının keçirilməsi mühüm hadisədir.
   Bu sözləri Qəbələ III Beynəlxalq musiqi festivalının iştirakçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Yalçın Adıgözəlov deyib. Tanınmış dirijor bildirib ki, dünyada böyük şəhərlər festival paytaxtı statusunu tədricən itirir və bu yeri mənzərəli kiçik şəhərlər - sənət və təbiət gözəlliyinin çox uğurla uzlaşdığı məkanlar tutur. Qəbələ şəhərində artıq üçüncü ildir ki, keçirilən beynəlxalq musiqi bayramı buna əyani sübutdur. Burada dörd tərəfi sıx meşəliklə əhatə olunan gözəl dağların ətəyindəki səssizliyi musiqi ritmləri pozur. Müxtəlif mədəniyyətlərin qovuşduğu bu diyarda keçirilən festival həmin mədəniyyətləri ən yüksək səviyyədə təmsil edir. Qəbələ III Beynəlxalq Musiqi Festivalı musiqimizin dünyada təbliğində böyük əhəmiyyət daşıyan mədəni hadisədir.
  







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar