TÜRKSOY-un 2010-cu ildə yaradılmış kamera orkestri Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, habelə Koreya Respublikasından olan gənc ifaçıları yenidən bir araya gətirib.
Avqustun 2-də orkestrin Ankaradakı konsertində Bakı Musiqi Akademiyasının tələbələri Mustafa Mehmandarov (skripka), Elvin Nəcəfov (alt) və Narim Musayev (skripka) də iştirak ediblər.
Postsovet məkanındakı türkdilli dövlətlərin müstəqilliyinin 20-ci ildönümünə həsr olunan konserti qazaxıstanlı dirijor Ənvər Əkbərov idarə edib. Konsertdə klassik Qərb və müasir türk bəstəkarlarının musiqiləri səslənib. Qeyd edək ki, kamera orkestrinin TÜRKSOY-a üzv ölkələrə qastrol səfərləri nəzərdə tutulur.