Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq musiqi festivalı çərçivəsində avqustun 4-də “Yeni Rusiya” dövlət simfonik orkestrinin növbəti konserti olub. “Qafqaz Resorte” hotelinin qarşısında keçirilən konsertdə İ.Sibeliusun, C.Rossininin, V.A.Motsartın, C.Verdinin, L.Bernştaynın, J.Bizenin, F.Leqarın, E.Svendsenin, İ.Haydnın musiqisi səsləndirilib.
   Orkestrin çıxışı norveçli Terje Mikkelsenin dirijorluğu ilə keçib. Orkestr solo ifadan əlavə, “Qızıl Şelkunçik” Beynəlxalq mükafatının sahibi Lizi Ramişvilini (Gürcüstan, violoncel), vokalçılardan “Şahzadə Sonya” Beynəlxalq musiqi müsabiqəsinin qalibi Audun İverseni, “Leonie Sonnings” Beynəlxalq mükafatının sahibi Lina Consonu (hər ikisi Norveç) müşayiət edib. Çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
   Avqustun 5-də Qəbələ III Beynəlxalq Musiqi Festivalının yekun konserti olacaq. Konsertdə məşhur musiqiçilər Boris Berezovski (piano) və Dmitri Yablonski (violonçel) Avropa bəstəkarlarının əsərlərini səsləndirəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar